Onlayn ictimai-siyasi qəzet
ABŞ qüvvələrinin bu gün Zəncana endirdiyi hava zərbəsi nəticəsində SEPAH-ın 3 əməkdaşı həlak olub. Zəncan vilayətinin “Ənsar əl-Mehdi” Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qeşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyadakı Əl-Əzraq hərbi bazasına ballistik raketlərlə hücum etdiyini açıqlayıb.
SEPAH-ın yaydığı bəyanatda bildirilib ki, ABŞ-ın Qeşm adasına hücumu nəticəsində yaşayış evlərinə ziyan dəyib və bir ailənin mülki üzvləri həlak olub.
Bəyanata əsasən, cavab zərbəsi çərçivəsində SEPAH-ın Hərbi-Hava və Kosmik Qüvvələri Əl-Əzraq hərbi bazasında F-35 qırıcılarının yerləşdiyi məntəqəni və təmir anbarını bir neçə ballistik raketlə hədəfə alıb.
SEPAH iddia edib ki, hücum nəticəsində ABŞ-a məxsus 3 F-35 qırıcısı tamamilə məhv edilib, daha 3 təyyarəyə ciddi ziyan dəyib.
Bəyanatda həmçinin zərbə nəticəsində ABŞ qüvvələrinin bir neçə zabitinin, eləcə də texniki və təmir heyətinin həlak olduğu iddia olunub.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ