İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Qətərdə ABŞ-nin 1 milyard dollarlıq radarını vurub


İran ABŞ-nin raket hücumuna cavab olaraq Pentaqonun 1,1 milyard dollarlıq ballistik raket aşkarlama radarını məhv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, söhbət Qətərdəki ABŞ bazasında yerləşən AN/FPS-132 radar stansiyasından gedir. “Al Mayadeen” telekanalı radarın məhv edilməsi barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, obyekt tamamilə sıradan çıxarılıb. Bu tip radar ballistik raketləri aşkarlamaq üçün istifadə olunur və onun bildirilən mənzili 5000 km-ə qədərdir.

ABŞ-nin Müdafiə təhlükəsizliyi üzrə əməkdaşlıq agentliyinin (DSCA) əvvəllər bildirdiyi kimi, AN/FPS-132-nin dəyəri təxminən 1,1 milyard dollardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR