Onlayn ictimai-siyasi qəzet
İran HHQ komandanı, general Bəhmən Behmərd Milad bayramı münasibətilə erməni deputat və xristian hərbçilərlə görüşüb və onları təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir, HHQ komandanı çıxışında dini və etnik mənsubiyyətdən asılı olmayaraq, ölkə daxilində həmrəyliyin vacibliyini qeyd edib.
O bildirib ki, xarici təhdidlərə qarşı birgə dayanmaq İran cəmiyyətinin ümumi məsuliyyətidir və bu məsələdə bütün qrupların birliyi əsas şərtdir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ