İnsanlara hürriyət, millətlərə istiqlal!

İran HƏRƏKƏTƏ KEÇDİ: Hörmüzdə yeni raketi SINAQDAN KEÇİRDİ - VİDEO

İran "Smart Control" adlı hərbi-dəniz təlimləri çərçivəsində Hörmüz boğazında yeni zenit raketi "Sayyad-3G"ni uğurla sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, bu, ölkənin ilk dəniz bazalı hava hücumundan müdafiə raketidir.

Raket “Şəhid Sayyad Şərazi” gəmisi vasitəsilə buraxılıb və İran donanmasına 150 kilometr radiusda hava hücumlarından müdafiə imkanı təmin edib.

Təlimlərin məqsədi İran hərbi donanmasının dənizdə müdafiə qabiliyyətini artırmaq və yeni texnologiyaların real döyüş şəraitində sınağını keçirmək olub.

Müdafiə ekspertləri qeyd edirlər ki, "Sayyad-3G" raketinin uğurlu buraxılışı İranın dənizdəki hava hücumlarından müdafiə strategiyasını gücləndirir və regionda təhlükəsizlik balansına təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR