Onlayn ictimai-siyasi qəzet
Rusiyada spirtli içki istehlakı ilə bağlı açıqlanan son rəsmi statistika cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Rəqəmlər göstərir ki, ümumi azalma tendensiyası müşahidə olunsa da, bəzi regionlarda vəziyyət hələ də ciddi olaraq qalır.
Musavat.com xəbər verir ki, ötən il 18 yaşdan yuxarı əhali üzrə adambaşına düşən bərk spirtli içkilərin istehlakı 2,1 faiz azalıb. Eyni zamanda şərab istehlakı 4,6 faiz, pivə isə 15,5 faiz geriləyib. Bu, ümumi bazarda müəyyən soyuma olduğunu göstərir.
Lakin regionlar üzrə göstəricilər fərqli mənzərə yaradır. Siyahıya Kareliya Respublikası başçılıq edir. Burada adambaşına illik 21,2 litr bərk spirtli içki düşür ki, bu da ümumrusiya orta göstəricisindən təxminən iki dəfə çoxdur.
Sonrakı yerlərdə isə Saxalin vilayəti, Komi Respublikası, Çukotka Muxtar Dairəsi və Maqadan vilayəti qərarlaşıb. Bu bölgələrin hamısı sərt iqlimə və ağır sosial-iqtisadi şəraitə malik şimal və uzaq şərq əraziləridir.
Mütəxəssislər hesab edirlər ki, statistikada yüksək göstəricilər birbaşa yerli əhalinin davranışı ilə bağlı olmaya bilər. Onların sözlərinə görə, həmin regionlarda çalışan çoxsaylı vaxçalı işçilər, eləcə də turistlər rəsmi əhali sayında nəzərə alınmır. Nəticədə satış həcmi real əhali sayına bölünərkən rəqəm süni şəkildə yüksək görünür.
Digər tərəfdən, sosial ekspertlər bildirirlər ki, iqlim şəraiti, uzun qış mövsümü və məhdud sosial infrastruktur da bərk spirtli içkilərə tələbatı artıran amillər sırasındadır.
Musavat.com

05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ