İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hörmət qələbədən üstündür" - İran millisinin ABŞ-dən göndərdiyi mesaj

Hazırda Amerika, Meksika və Kanadada təşkil olunan dünya çempionatının qrup mərhələsinin oyunları başa çatsa da, İran millisi ətrafında gedən müzakirələr səngimək bilmir. İndi də cənub qonşumuzun milli komandası Misirlə keçirilən oyundan sonra diqqətçəkən addımı ilə gündəmə gəlib.

Musavat.com İran mətbuatına istinadən xəbər verir ki, Əmir Qəlenoinin rəhbərlik etdiyi komandanın futbolçuları Sietldə yerləşən "Lumen Field" stadionunun soyunub-geyinmə otağında futbol ictimaiyyətinə ünvanlanan xüsusi mesaj yazıblar. Mesajda iranlı futbolçular öz ölkələrinin minilliklər boyu şərəfi qələbədən üstün tutduğunu vurğulayaraq, futbolun yalnız nəticədən ibarət olmadığını bildiriblər.

"Biz İrandanıq. Min illərdir şərəfi qələbədən üstün tutan bir diyardan. Futbol bizim üçün sadəcə nəticə uğrunda yarış deyil, xarakter sınağıdır. İstənilən yolla xal qazanmaq olar, amma hörmət qazanmaq mümkün deyil. Qrupdan çıxmaq olar, lakin tarixdə yalnız cəngavərlik və ləyaqətlə qalmaq mümkündür. "Fair Play" futbol qaydalarının bir maddəsi deyil, bu oyunun ruhudur", – deyə mesajda qeyd olunub.

WhatsApp Image 2026-06-29 at 20.09.02.jpeg (122 KB)

Futbolçular həmçinin Sietl şəhərinə qonaqpərvərliyə görə təşəkkür edib, dünya çempionatı boyunca onları dəstəkləyən bütün iranlı azarkeşlərə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu bəyanatın əsas səbəbi İran millisinin turnir ərzində üzləşdiyini iddia etdiyi təzyiqlərə və ədalətsiz münasibətə etiraz etmək, eyni zamanda futbolun nəticədən daha çox idman etikası, ləyaqət və "Fair Play" prinsipləri üzərində qurulmalı olduğu mesajını dünya ictimaiyyətinə çatdırmaq olub. Komanda bununla yanaşı, azarkeşlərinə mənəvi dəstəyə görə təşəkkür etməyi və ölkəsini ləyaqətlə təmsil etdiyini vurğulamağı vacib bilib.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR