Onlayn ictimai-siyasi qəzet
Livanın “Hizbullah” qruplaşması partlayıcı yüklü pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək İsrail ərazisinə zərbələr endirib.
Musavat.com xəbər verir ki, hücum zamanı İsrailin bir neçə şəhərində hava həyəcanı siqnalları işə düşüb.
Dronların partlaması nəticəsində İsrail Müdafiə Ordusunun (İDF) üç hərbçisi yaralanıb.
Verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
@@TVmusavat/146288@@
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ