İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bununla bağlı "X" sosial media hesabında yazıb.

Paylaşımda qeyd edilir:

"NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə məhsuldar görüşüm oldu. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Xüsusilə, Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsində əldə edilən irəliləyişi qeyd etdik. Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

07 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR