Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri Hörmüz boğazında hərəkət edən xarici neft tankerinin yolunu kəsərək onu geriyə dönməyə məcbur edib.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Böyük Britaniya tərəfinin bildirdiyinə görə, hadisə Omanın Həsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. SEPAH hərbçiləri neft tankeri ilə əlaqə saxlayaraq xəbərdarlıq ediblər ki, gəmi dərhal kursunu dəyişib geriyə dönməzsə, birbaşa hərbi zərbəyə məruz qalacaq.
İran tərəfinin sərt tələbindən və real hücum təhlükəsindən sonra neft tankeri hərbi əmrə tabe olaraq dərhal istiqamətini dəyişib və ərazini tərk edib.
Hadisə strateji Hörmüz boğazında və Qırmızı dəniz hövzəsində dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ