Onlayn ictimai-siyasi qəzet
Gündəlik qəhvə və çay istehlakı beynin qorunmasında mühüm rol oynaya bilər.
Alimlərin son araşdırmasına görə, bu içkiləri müntəzəm qəbul edən insanlarda Parkinson xəstəliyinə tutulma riski 25-30 faiz daha aşağıdır.
Parkinson xəstəliyi beynin hərəkət sisteminə nəzarət edən sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranır. Tədqiqatçılar bildirir ki, qəhvə və çayın tərkibindəki kofein beyində iltihabı və hüceyrələri zədələyən oksidləşdirici stresi azaldır. Bu isə sinir hüceyrələrinin qorunmasına və xəstəliyin inkişaf ehtimalının azalmasına səbəb olur.
Sinqapur Duke-NUS Tibb Məktəbinin professoru Eng-King Tan qeyd edib ki, qəhvə və çayın bu qoruyucu təsiri müxtəlif ölkə və yaş qruplarında oxşar şəkildə müşahidə edilib.
Mütəxəssislər içkilərin normadan artıq olmadan gündəlik rasionda yer almasının beyin sağlamlığı üçün faydalı ola biləcəyini bildirirlər. (Publika.az)
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ