İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan Qəzza xəbərdarlığı: “Radikal addımlar atmağa məcbur olacağıq”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə əldə olunmuş razılaşma ilə bağlı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, nazir Fələstin tərəfinin ikinci mərhələyə keçidlə bağlı öhdəliklərini yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, İsrailin növbəti addımları atmaması Türkiyəni və digər vasitəçiləri adekvat tədbirlər görməyə vadar edə bilər.

Hakan Fidan bu prosesdə Vaşinqtonun mövqeyinə də toxunaraq, ABŞ-ın İsrailə lazımi təzyiqi göstərəcəyini gözlədiklərini vurğulayıb:

"Əks halda Türkiyə, Qətər və Misir bu məsələdə radikal addımlar atmalı olacaq. Bu, millətimiz, xalqımız və fələstinlilər qarşısında daşıdığımız məsuliyyətdir". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR