İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc qızların ictimai fəallığını artırmaq üçün “Səsim var!” layihəsinə başlanılır

Gənc qızların liderlik bacarıqlarının inkişafı, ictimai fəallığının artırılması və qərarvermə proseslərində iştirakının təşviqi məqsədilə “Səsim var!” layihəsinə start verilir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir və Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən icra olunur.

Layihə çərçivəsində ilkin mərhələdə gənc qızlar arasında sorğu keçiriləcək. Sorğunun məqsədi iştirakçıların liderlik potensialı, ictimai iştirak səviyyəsi, özünüifadə imkanları və qarşılaşdıqları əsas çətinliklər barədə məlumat toplamaqdır. Əldə olunan nəticələr növbəti fəaliyyətlərin daha məqsədyönlü şəkildə qurulmasına xidmət edəcək.

Layihənin əsas fəaliyyət istiqamətlərindən biri kimi gənc qızlar üçün liderlik və şəxsi inkişaf mövzularını əhatə edən 4 təlim təşkil olunacaq. Təlimlər interaktiv metodlar əsasında həyata keçiriləcək və iştirakçıların ünsiyyət bacarıqları, özünəinamı, təşəbbüskarlığı və komanda ilə işləmə qabiliyyətlərinin inkişafına yönələcək.

Layihənin yekununda gənc qızların liderlik potensialının gücləndirilməsi, onların ictimai proseslərdə daha fəal iştiraka təşviq olunması, öz fikirlərini sərbəst ifadə edə bilməsi və sosial həyatda daha aktiv mövqe tutması hədəflənir. Eyni zamanda layihə iştirakçılar arasında şəbəkələşməni təşviq edərək onların gələcək təşəbbüslərinə zəmin yaratmağı qarşıya məqsəd qoyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR