İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa tarixində 28 yaşlı baş naziri görəcəkmi-Parlament seçkiləri

Xəbər verildiyi kimi bu gün Fransada növbədən kənar parlament seçkiləri keçirilir.

Partiyalar parlamentin aşağı palatası sayılan 577 yer uğrunda mübarizə aparacaqlar.

Fransada parlament seçkiləri özünəməxsusluğu ilə seçilir. Belə ki, burada ikiturlu seçki sistemi tətbiq olunur. Buna görə, namizədlərin deputat olması üçün dairədə səsverməyə gələn seçicilərin 50%-dən artıq səsini toplamalıdır. Əks təqdirdə 12,5%-dən çox səs toplayan bütün namizədlər 2-ci turda mübarizələrini davam etdirirlər. Burada nisbi səs çoxluğu ilə qalib gələn namizəd deputat seçilir.

Qeyd edək ki, bundan əvvəlki seçkilərdə prezident Makronun partiyası cəmi 250 mandat qazanmışdı, mütləq çoxluğu (289 yer) əldə etmək  üçün isə ona digər partiyaların dəstəyini almaq lazım olub.

Seçicilər arasında keçirilən son sorğular sağ radikal Milli Birlik partiyasının irəlidə olduğunu göstərib. Belə bir ssenaridə Makron həmin partiyanın lideri, 28 yaşlı Jordan Bardellanı baş nazir təyin etməlidir. Fransada buna “birgə yaşayış” deyilir.

Makron 2027-ci ildə prezidentlik müddəti başa çatana qədər istefa verməyəcəyini desə də, “birgə yaşamaq” onun mövqelərini həm ölkə daxilində, həm də dünya səhnəsində zəiflədəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR