İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki yarışında Baydeni Harris əvəz edə bilər

ABŞ-nin vitse-prezidenti Kamala Harris, siyasi zəifliyinə baxmayaraq, hazırkı dövlət başçısı Co Baydenin seçki yarışından geri çəkiləcəyi təqdirdə onu əvəzləyəcək.

Musavat.com xəbər verir ki, “The Wall Street Journal”da çıxan məqaləyə görə, hazırda ən çox ehtimal olunan namizəd Kamala Harrisdir.

Bildirilir ki, Harrisin reytinqi hazırkı prezidentin reytinqi qədər aşağı olsa da, o, qaradərili seçicilər və qadınlar arasında populyar olaraq qalır. Harrisin digər potensial demokrat namizədlər üzərində də əhəmiyyətli üstünlüyü var: o, Baydenin vitse-prezidentliyə namizədidir və Baayden yenidən seçilmək niyyətindən vaz keçərsə, seçki kampaniyasını maliyyələşdirmək üçün onun maliyyə vəsaitindən istifadə edə bilər.

Nəşrin məlumatına görə, Harris son vaxtlar Bayden administrasiyasında, o cümlədən milli təhlükəsizlik məsələlərində öz mövqeyini gücləndirməyə başlayıb. O, Ağ Ev rəsmilərini Qəzza zolağının humanitar problemlərinə daha çox diqqət yetirməyə və anklavda münaqişədən sonrakı həll planının hazırlanmasına diqqət yetirməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR