İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çinlə iqtisadi əlaqələrin dinamikası artmaqdadır”-ŞƏRH

 

“Azərbaycan və Çin münasibətləri qarşılıqlı hörmət və yaxın dostluq prinsiplərinə əsaslanır. Tərəflər arasında ictimai-siyasi münasibətlərin təməli Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı qoyub. Sonrakı illərdə dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə dayanıqlı münasibətləri daha da möhkəmləndirib. Cənab Prezident İlham Əliyev Çinə səfərləri, eləcə də, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə görüşləri əlaqələrin daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəngin töhfələr verib”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili Çinin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, Azərbaycanın isə “Vahid Çin” siyasətini dəstəklədiyinə diqqət çəkib: “BMT-nin beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. Tarixi Zəfərdən sonra da Pekin Azərbaycanın azad edilmiş ərazilərində quruculuğa töhfə vermək niyyətindədir. Bu iki ölkə arasında qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə güclü zəmin yaradılmasında mühüm rol oynayıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamikası da son illərdə artmaqdadır. Yaradılmış əlverişli investisiya mühiti Çin şirkətlərinin ölkəmizin neft, sənaye, energetika, maliyyə, bank, rabitə, İKT, kənd təsərrüfatı və qeyri-neft sektorunun müxtəlif sahələrində birgə işbirliyinin artmasına yol açıb, çinli investorların sayının artmasına mühüm təsir göstərib. Hazırda Azərbaycanda 120-yə yaxın Çin sərmayəli şirkət fəaliyyət göstərir ki, bu da cəlbedici investisiya iqliminin nümunəsi hesab oluna bilər. “Bir kəmər – bir yol” nəqliyyat marşrutunun gerçəkləşməsini ilk dəstəkləyən və  siyasi dəstək verən ölkələrdən biri kimi Azərbaycan Çinlə bu tranzitin inkişafına dair Anlaşma Memorandumu imzalayıb və sonrakı dövrlərdə Azərbaycan bu dəhlizin strateji önəminə xüsusi diqqət ayırıb. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “İpək Yolu İqtisadi Kəməri”nin tərkib hissəsi kimi mühüm yer tutur və ölkəmiz bu nəqliyyat marşrutları ilə malların Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur”.

16561593446258860892_1200x630.jpg (84 KB)

A.Hüseynov iyulun 3-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni mühüm siyasi hadisə kimi qiymətləndirib: “Bəyannamə Azərbaycan-Çin münasibətlərinin iqtisadi, siyasi, humanitar, ictimai, mədəni elm və digər sahələrdə uzunmüddətli əməkdaşlığına dərin yol açır”,- deyə A.Hüseynov qeyd edib.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR