İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa iğtişaşlara hazırlaşır: Mərakeş oyunu öncəsi rekord sayda polis...

Fransa-Mərakeş oyunu öncəsi ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Musavat.com xəbər verir ki, hakimiyyət mümkün azarkeş iğtişaşlarına qarşı minlərlə polisi küçələrə çıxarır. Fransa KİV-ləri Daxili İşlər Nazirliyinin sənədlərinə istinadən yazır ki, ölkə üzrə ümumilikdə 20 min polis əməkdaşı səfərbər edilib. Təkcə Parisdə 8 min polis xidmət aparacaq. Fransa yığması bu gün dünya çempionatının 1/4 finalında Mərakeş millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə isə 00:00-da başlayacaq.

Sosial şəbəkələrdə isə istifadəçilər zarafatla qeyd edirlər ki, paytaxt Parisdə kütləvi iğtişaşlar matçın nəticəsindən asılı olmayaraq baş verə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR