İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Orucov azadlıqda - FOTOLAR

Kanal 13 İnternet TV-nin həbsdə olan rəhbəri Əziz Orucov azadlığa buraxılıb. Bu barədə onun həyat yoldaşı Lamiyə Orucova sosial şəbəkələrdə foto paylaşıb.

Musavat.com xəbər verir ki, Ə.Orucovun 2 illik həbs müddəti bu gün başa çatıb.

Kanal 13 rəhbərinin vəkili Bəhruz Bayramov da onunla azadlıqdan ilk fotonu paylaşıb.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılmışdı.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR