İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəş tutulması başa çatdı: möhtəşəm görüntülər - FOTO

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Musavat.com-a bildirilib ki, bu, tam Günəş tutulmasıdır.

Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib.

Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.

Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib. Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.

***

Musavat.com xəbər verir ki, avqustun 12-də baş verən tam Günəş tutulmasının heyrətamiz görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Nadir astronomik hadisə böyük maraqla qarşılanıb.

Növbəti Günəş tutulmasının 2027-ci il fevralın 6-da baş verəcəyi bildirilir. Bu tutulmanı isə yalnız Cənubi Amerika və Afrikanın bəzi ərazilərindən müşahidə etmək mümkün olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR