İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir hərf bütün planı pozdu — Saxta polis avtomobili belə ələ keçdi

Almaniyanın qərbində polis avtomobilinə bənzədilmiş BMW üzərindəki cəmi bir hərflik səhv nəticəsində hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Musavat.com xəbər verir ki, hadisə Niderland sərhədinə yaxın Kaldenkirxen şəhərciyi ətrafında baş verib.

Polis əməkdaşları ağ-yaşıl rənglərə boyanmış BMW-ni saxlayıblar. Avtomobil zahirən Almaniya polisinin əvvəllər istifadə etdiyi xidməti maşınları xatırladıb. Alman polisi bu rəng sxemindən 2000-ci illərə qədər istifadə edib.

Lakin avtomobilin üzərindəki yazıda diqqətçəkən səhv olub: almanca “polis” mənasını verən “Polizei” sözü “Polisei” kimi yazılıb.

Yoxlama zamanı başqa qanun pozuntuları da üzə çıxıb. Almaniya Federal Polisinin məlumatına görə, BMW-nin dövlət nömrə nişanı saxta olub, avtomobil qeydiyyatdan keçirilməyib və sığortalanmayıb.

Sükan arxasında olan 27 yaşlı qadın avtomobili servisdən götürərək evə apardığını və bu halda sığortasız hərəkət etməyə icazə verildiyini düşündüyünü bildirib.

Polis qadının izahatını inandırıcı hesab etməyib. Buna səbəb hadisənin gecə saatlarında baş verməsi və həmin vaxt ətrafdakı bütün avtomobil servislərinin bağlı olması olub.

Hadisə ilə bağlı nömrə nişanı və sığorta olmadan avtomobil idarə edilməsi üzrə cinayət işi başlanıb. Saxta dövlət nömrə nişanı müsadirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR