Onlayn ictimai-siyasi qəzet
Ekvador polisi şimal-qərbdəki Esmeraldas əyalətindəki Muisne kantonunda keçirilən əməliyyat zamanı 1,6 ton kokain tapdığını elan edib.
Musavat.com xəbər verir ki, narkotik maddə üzərində Amerika televiziya kanalı CNN-in loqosu olan bağlamalarda aşkarlanıb. Müsadirə edilən narkotik maddənin ABŞ bazar dəyəri 48 milyon dollardır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyatın bir neçə ay davam edən araşdırmadan sonra baş tutduğunu bildiriblər. Əməliyyat zamanı həmçinin dəniz yolu ilə narkotik ticarəti üçün nəzərdə tutulduğu güman edilən motorlu qayıq və təxminən 757 litr yanacaq tapılıb.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ