Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər bir çox evdə istifadə olunan gündəlik məişət cihazlarının vaxtında yenilənmədiyi və ya düzgün işlədilmədiyi halda ciddi təhlükələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Musavat.com xəbər verir ki, xüsusilə köhnə avadanlıqlar, sertifikatsız adapterlər və yüksək enerji sərfiyyatı olan cihazlar ən riskli qurğular kimi göstərilir.
Köhnəlmiş elektrik və mikrodalğalı sobalarda naqil və izolyasiya problemləri yanğın ehtimalını artırır. Mütəxəssislər 5–7 ildən çox istifadə olunan sobaların mütəmadi olaraq yoxlanmasını tövsiyə edir.
Ucuz şarj adapterləri tez qızır və partlayış riski daşıyır. Bu adapterlərin elektrik qısaqapanmasına səbəb ola biləcəyi bildirilir.
10 ildən yuxarı soyuducular kompressor qızması və freon sızması ilə təhlükə yaradır. Enerji sərfiyyatının artması da əlavə problem kimi qeyd olunur.
Nəzarətsiz işlədilən və aşağı keyfiyyətli modellər qısaqapanma riskini artırır. Xüsusilə su sızması ilə elektrik təmasının birləşməsi yanğına səbəb ola bilər.
Eyni anda çoxsaylı güclü cihazların qoşulması kabellərin isinməsinə gətirib çıxarır. Qızdırıcı və ütü kimi cihazların uzatma kabelinə qoşulması qətiyyən məsləhət görülmür.
Telefon, noutbuk və digər cihazların saatlarla şarjda qalması akkumulyator şişməsi və yanğın riskini artırır. Yatmazdan əvvəl bütün lazımsız cihazların şəbəkədən çıxarılmasını tövsiyə edilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ