İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazlar zamanı polisə hücum: iki nəfər ölüb, onlarla yaralı var

Fars agentliyinin məlumatına görə, İranın cənub-qərbində yerləşən Lurdegən və Bəxtiyari şəhərlərində etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinə hücum edilib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində iki nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Məlumata əsasən, qarşıdurmalar etirazçıların polis bölmələrinə və asayiş keşikçilərinə hücumu fonunda baş verib. Yaralıların bir hissəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Rəsmi qurumlar hadisənin detalları ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR