Onlayn ictimai-siyasi qəzet
Kolumbiya hakimiyyəti vaxtilə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotlarla bağlı radikal qərar verib.
Musavat.com xəbər verir ki, nəzarətsiz qalan bu heyvanlar illər ərzində sürətlə çoxalaraq çaylara və geniş ərazilərə yayılıb.
Məlumata görə, hazırda ölkədə onların sayı təxminən 200-ə çatıb. Rəsmilər begemotları təhlükəli invaziv növ hesab edir.
Bildirilir ki, vəhşiləşmiş heyvanlar yerli ekosistemi pozur, digər növlər üçün ciddi təhlükə yaradır və su hövzələrinə zərər vurur. Bu səbəbdən təxminən 80 baş begemotun məhv edilməsi planlaşdırılır.
Qalan heyvanların tutularaq zooparklara göndərilməsi nəzərdə tutulsa da, genetik problemlərlə bağlı narahatlıqlar səbəbindən bir çox müəssisə onları qəbul etmək istəmir.
Musavat.com
25 Avqust 2026
01:06 Qonşu ölkədə məktəbli forması məcburiləşir – tam dəstin qiyməti bəlli oldu, imtina edənləri...
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ