İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermitajda pıçıldaşma- İrəvan “Putin NATO” suna qayıdır?

Görünən budur ki, Moskva ilə İrəvan arasında “gərgin münasibətlər” heç də həmişə gerçəyi yansıltmaya bilər

Ermənistan-Rusiya münasibətlərində cüzi istiləşmə fonunda Moskva, görünür, ikitərəfli gündəliyin ən həssas məsələlərindən birini - Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını davam etdirmək qərarına gəlib.

Musavat.com caliber.az-a istinadən xəbər verir ki, bu günlərdə təşkilatın baş katibi İmanqali Tasmaqambetov Rusiya mətbuatına müsahibəsində təşkilatın Ermənistanla tam əməkdaşlığa hazır olduğunu bir daha bəyan edərək, KTMT-nin qapılarının İrəvanın üzünə açıq olduğunu bəyan edib.

"Ermənistan bizim müttəfiqimiz olaraq qalır. Ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq", - o qeyd edib. Təşkilatın əsas funksioneri Ermənistan Xarici İşlər Nazirliyinin ölkənin KTMT-dən çıxmasının müzakirə mövzusu olmadığı haqda bəyanatını da yada salıb.
Yada salaq ki, noyabrın sonunda Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan ölkənin KTMT-dən çıxmasının müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən, "Bizə belə bir tapşırıq verilməyib. Əgər belə bir tapşırıq olarsa, təbii ki, bunu biləcəksiniz" deyə o bildirib. “Təbii ki, Ermənistan tərəfinin belə bir mesajı Kreml tərəfindən diqqətdən kənarda qala bilməzdi. Çünki Rusiya həm Ermənistanda, həm də bütövlükdə regionda, o cümlədən Cənubi Qafqazdakı keçmiş forpostunun KTMT-də tam şəkildə iştirakına nail olmaqla özünün xeyli sarsılmış mövqeyini bərpa etməyə çalışır. Ona gərə də Moskva bu məsələ ilə bağlı İrəvandan gələn istənilən mesaja operativ reaksiya verərək, xüsusi səbir və diplomatik taktika nümayiş etdirərək Ermənistandan KTMT ilə bağlı aydınlıq əldə etməyə çalışması tamamilə məntiqlidir.

Məsələn, İrəvan təşkilatdan çıxmaq hüququ haqda bəyan edərkən, Moskva Ermənistan hakimiyyətinin bu addımını suveren qərar kimi qiymətləndirib. Yalnız respublikanın təşkilata üzvlük haqqını ödəməkdən imtina etməsindən sonra Rusiyanın səbri tükəndi. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın onlara pul ödəməyə borclu olduğunu bəyan edib və İrəvana xəbərdarlıq edib ki, pulun ödənilməməsi ölkənin qurumda səsvermə hüququnu itirməsi ilə nəticələnəcək. Lakin Kremlin qıcıqlanması İrəvanı maliyyə məsələsində öz mövqeyinə yenidən baxmağa vadar etmədi. Əksinə, xarici işlər naziri Ararat Mirzoyan ödənişdən imtinanı İrəvanın təşkilatda iştirakının dondurulması ilə əlaqələndirdi. “KTMT-də iştirakımızın dondurulması ilə əlaqədar Ermənistan 2024-cü ildə bu təşkilata üzvlük haqqını ödəməyib”.

Qeyd edək ki, bu ilin martında Ermənistan Milli Assambleyası “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu ikinci və yekun oxunuşda təsdiqləyib və bu, Moskvanın Ermənistanın xarici siyasətinin yenidən istiqamətləndirilməsi ilə bağlı narahatlığını daha da artırıb. Üstəlik, bu hadisədən əvvəl baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı ölkənin KTMT-yə qayıtmasını qeyri-mümkün elan edib və qeyd edib ki, “biz bu məsələdə dönüş nöqtəsini keçmişik”. Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı bütün bu kifayət qədər ziddiyyətli bəyanatları göstərir ki, Ermənistan Rusiyadan tam uzaqlaşma riski daşımadığından bu məsələdə məharətlə manipulyasiya edir.

Qeyd edək ki, dekabrın 22-də Ermitaj muzeyinin Georgi zalında Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. İkitərəfli görüşün mediaya bağlı hissəsində- iki ölkə liderinin nə barədə “pıçıldaşdıqları” bəlli deyil. Görünən budur ki, Moskva ilə İrəvan arasında “gərgin münasibətlər” heç də həmişə gerçəyi yansıltmaya bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR