Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Antikorrupsiya Komitəsinin müstəntiqləri Vətən Partiyasının katibi Xaçik Qalstyanı saxlayıblar.
Musavat.com bildirir ki, bu barədə onun vəkili Sos Hakobyan məlumat verib.
Bundan əvvəl partiyanın sədri Artur Vanetsyan bildirib ki, ona məlum olmayan səbəblərlə Antikorrupsiya Komitəsinin əməkdaşları Qalstyanın mənzilində axtarış aparıblar.
Vanetsyan baş verənləri siyasi motivli təqib kimi qiymətləndirib. Rəsmi qurumlar saxlanılmanın səbəbləri ilə bağlı hələlik əlavə açıqlama verməyiblər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ