İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçiləri ələ saldılar

Ermənistanda hakimiyyətə yaxınlığı ilə tanınan Baqramyan26 teleqram kanalı Ermənistan parlamentindəki müxalifət nümayəndələri Ağvan Vardanyan, Aram Vardevanyan və Geqam Manukyan barədə növbəti istehzalı paylaşım edib.

Musavat.com xəbər verir ki, kanal əvvəlcə Ağvan Vardanyanın "Mənim üçün Aram Vardevanyan kimi dostumun olması şərəfdir" sözlərini yayımlayıb.

Bunun ardınca müəlliflər Vardanyanı sərt tənqid edərək xatırladıblar ki, o, vaxtilə Nikol Paşinyan hakimiyyətdə qalacağı halda deputat mandatını götürməyəcəyinə and içib. Lakin sonradan sözünü yeyərək mandatı qəbul edib və bunu "fikrini düzgün ifadə etmədiyi" ilə izah edib..

Baqramyan26 daha sonra istehzalı şəkildə yazıb ki, Ağvan Vardanyan Aram Vardevanyanla dostluğu ilə fəxr edirsə, yəqin ki, Aram Vardevanyan da onunla eyni dərəcədə fəxr edir.

Kanalın hədəfinə düşən digər müxalifətçi isə Daşnaksütyun Partiyasının deputatı Geqam Manukyan olub.

Belə ki, parlamentdə Aram Vardevanyanın namizədliyi müzakirə edilərkən Geqam Manukyan qəfil hakim "Vətəndaş Müqaviləsi" fraksiyasına üz tutaraq zalda Argentina milli komandasının azarkeşlərinin olub-olmadığını soruşub.

Hakim partiya deputatlarından "Bəli, var" cavabını aldıqdan sonra isə "Oldu..." deməklə kifayətlənib və söhbəti davam etdirməyib.

Baqramyan26 bu epizodu belə ələ salıb:

"Adama sadəcə maraqlı idi. Xatırladaq ki, həmin vaxt parlamentdə Aram Vardevanyanın namizədliyi müzakirə olunurdu..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR