Onlayn ictimai-siyasi qəzet
“İran ətrafında baş verən geosiyasi proseslərin inkişafı Ermənistan üçün birbaşa nəticələr doğura bilər”.
Musavat.com xəbər verir ki, bu iddia erməni hərbi ekspert Vova Vardanyan tərəfindən səslənib.
Vardanyan İran ətrafında baş verən proseslərin Ermənistana təsir edə biləcəyini iddia edib.
Onun sözlərinə görə, əgər müharibə İranın şimalına – Ermənistan sərhədlərinə yaxın ərazilərə keçərsə, vəziyyət kəskin şəkildə dəyişə bilər.
Vardanyan bildirib ki, belə bir ssenaridə Ermənistan üçün əsas risklərdən biri qaçqın axını ilə bağlıdır. O iddia edib ki, Türkiyə və Azərbaycanla sərhədlər formal olaraq bağlı olsa da, qaçqın axınının artması fonunda bu məhdudiyyətlər aradan qalxa bilər.
Ekspertin sözlərinə görə, bu axın daha sonra idarə olunaraq Qafan və Meğri istiqamətindən Sünik bölgəsinə yönləndirilə bilər və nəticədə humanitar vəziyyət adı altında “dəhliz” formalaşdırıla bilər.
Vardanyan eyni zamanda iddia edib ki, müəyyən mərhələdə Azərbaycan və Türkiyə İranla bağlı proseslərə cəlb oluna bilər. Onun fikrincə, Ankara və Bakı ABŞ ilə danışıqlarda bu iştirak qarşılığında şərtlər irəli sürə bilər.
Erməni ekspert daha da irəli gedərək iddia edib ki, belə bir ssenari Ermənistanın bəzi ərazilərinin müvəqqəti olaraq Türkiyənin nəzarətinə verilməsi ilə nəticələnə bilər.
O, həmçinin tarixi paralellər apararaq bu kimi vəziyyətlərin hansısa ağır nəticələrə səbəb olduğunu iddia edib və Ermənistanın bu risklərə qarşı tədbir görməli olduğunu vurğulayıb.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ