İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: Rusiya Ermənistanın bu addımını müharibə elanı kimi qəbul edəcək

 

Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi bir-birinə heç uyğun gəlməyən iki təşkilatdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın APRI tədqiqat mərkəzinin baş elmi işçisi Beniamin Poqosyan tərəfindən səslənib.

AB ilə vahid gömrük ittifaqının yaradılmasını nəzərdə tutan Assosiasiya sazişinin imzalanması belə Avrasiya İqtisadi İttifaqı tərəfindən qəbul edilmir.
Məhz buna görə də 2013-cü ildə Ermənistan AB ilə assosiativ sazişdən imtina edərək, əvvəlcə Rusiya, Qazaxıstan və Belarusun gömrük ittifaqına, sonra isə Avrasiya İqtisadi Birliyinə üzv olub. Çünki Assosiasiya Sazişi AB ilə azad ticarət zonasının yaradılmasını nəzərdə tutur, Avrasiya iqtisadi Birliyi isə başqa bir azad ticarət zonasına malik iqtisadi ittifaq sayılır.

Ermənistan AB-yə daxil olmaq arzusunu rəsmən bəyan etdiyi təqdirdə assosiasiya sazişinin imzalanması ilə bağlı danışıqlar aparmalıdır. Çünki AB-yə üzvlüyə namizəd statusunun əldə edilməsinin yolu bu sazişin imzalanmasından keçir”,-deyə erməni ekspert vurğulayıb.

Poqosyanın bildirdiyinə görə, Avropa Birliyi ilə belə bir saziş imzalaya bilmək üçün Ermənistan ilk növbədə Avrasiya İqtisadi Birliyindən çıxmalıdır.

“Aydındır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxdığını rəsmən elan etsə, bu, Rusiyada çox mənfi qarşılanacaq. Bu məsələ, Moskva üçün ən həssas və sərt qırmızı xətlərdən biridir. İrəvanın bu addımı Ermənistanın KTMT-dən çıxmasından daha ağrılı qarşılanacaq. Mən deyərdim ki, Ermənistanın bu hərəkəti Rusiyada Gümrü şəhərində yerləşən 102-ci hərbi baza ilə bağlı müqavilənin birtərəfli ləğv olunması kim qəbul olunacaq. Ən azından Rusiya üçün belə bir addım Ermənistanın düşmən dövlətə çevrilməsinə gətirib çıxaracaq. Yəni bununla Ermənistan faktiki olaraq Rusiyaya müharibə elan edir. Və bunun hansı nəticələrə gətirib çıxara biləcəyi isə aydındır”,-deyə erməni ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR