Onlayn ictimai-siyasi qəzet
"Mançester Siti"nin və Norveç yığmasının ulduz hücumçusu Erlinq Haaland dünyaca məşhur yutuber "MrBeast" (Cimmi Donaldson) ilə bir araya gələrək sosial mediada böyük səs-küyə səbəb olub.
Ulduz futbolçu və məşhur bloqer süni intellekt vasitəsilə yaradılmış məşhur internet memini real həyatda canlandırıblar.
Onların birlikdə çəkildiyi qısametrajlı video bazar ertəsi günü yutuberin sosial media hesablarında yayımlanıb.
"MrBeast" videonu "Həyatımın ən qorxulu şam yeməyi, Erlinq" başlığı ilə paylaşıb. Qısa müddət ərzində rolik milyonlarla baxış toplayaraq trendlərə düşüb.
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ