İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan NATO-nun baş katibi ilə Ankarada görüş keçirdi

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rütte ilə görüş keçirib.

Tərəflər qarşıdan gələn NATO sammitinin gündəliyini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə liderlər görüşünün keçirilməsi üçün hazırlıqları başa çatdırıb və sammitin uğurlu olacağına ümid etdiyini vurğulayıb.

Türkiyə prezidentinin sözlərinə görə, sammitin əsas mövzuları kollektiv müdafiə məsələləri və müttəfiqlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi olacaq.

Ərdoğan NATO sammiti çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumunun da mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR