Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Emin Ağalarov sosial şəbəkədə balaca uşaqla söhbətini paylaşıb.
Müğənni uşaqla bahalı evlər barədə maraqlı dialoq aparıb. Uşağın "Ən bahalı ev hansıdır?" sualına Ağalarov belə cavab verib:
"Ən bahalı ev mənimdir. Onun qiyməti yoxdur. Çünki orada ailəm yaşayır".
Daha sonra uşaq "2 milyona ev var? Mənə endirim edərsiniz?" deyə soruşub. Emin isə zarafatla "Edərəm. Milyon gətir, mən sənə ev verəcəyəm. Dollar gətir" deyə, cavab verib.
Sənətçi həmin görüntüləri izləyiciləri ilə bölüşərək uşaqlarla söhbətindən bir anı nümayiş etdirib. (Axşam.az)
11 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ