İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnur Azadxanov vəzifəsindən azad olundu - Anar Bayramovdan ƏMR

TƏBİB rəhbərliyinin qərarı ilə qurumda yeni kadr islahatı həyata keçirilib.

İcraçı direktorun müvafiq əmri ilə Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edən Elnur Azadxanov tutduğu postdan uzaqlaşdırılıb.

Hələlik idarəçinin bu vəzifədən nə səbəbdən azad edildiyi barədə rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.

Eyni zamanda, boşalan rəhbər kürsüsünə hələlik həmin şəxsin əvəzinə kimin təyin olunacağı da ictimaiyyətə açıqlanmayıb.

Yaxın vaxtlarda məsələ ilə bağlı əlavə rəsmi məlumatların açıqlanacağı gözlənilir.\\NOCOMMENT.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR