Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Miçiqan ştatında saxlanılan qadın polis nəqliyyat vasitəsindən qaçmağa nail olub.
Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, hadisə zamanı qadın qandallı vəziyyətdə olsa da, polis əməkdaşlarının diqqəti yayındığı anda avtomobilin pəncərəsindən çıxaraq hadisə yerindən uzaqlaşıb.
Məlumata görə, həmin şəxs bölgədə baş vermiş son ev oğurluğu hadisəsində iştirakda şübhəli bilinir.
Hazırda hüquq-mühafizə orqanları qaçan qadının saxlanılması üçün genişmiqyaslı axtarış tədbirlərini davam etdirir.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ