İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ela” 18 il sonra qisasını aldı 

Müğənni və aktyor Kutsi ilə aktrisa Yasemin Ergene illər sonra yenidən eyni ekran layihəsində bir araya gəlib.

Musavat.com xəbər verir ki, Kutsi yeni “Tuzlu Kahve” serialında rol alıb. Serialda Kutsinin Yasemin Ergene ilə birlikdə yer aldığı səhnə isə tamaşaçıların diqqətini çəkib.

Belə ki, səhnədə 2006-cı ildə yayımlanan və hər iki aktyora böyük məşhurluq qazandıran “Doktorlar” serialına eyham edilib. Sözügedən layihədə Kutsi Levent obrazını, Yasemin Ergene isə Ela obrazını canlandırırdı.

“Tuzlu Kahve”dəki səhnədə Yasemin Ergene obrazı Kutsinin personajına şillə vurub. Səhnə sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Həmin görüntülər “Ela intiqamını aldı” başlığı ilə paylaşılıb. Beləliklə, “Doktorlar” serialının məşhur cütlüyü 18 ildən sonra fərqli layihədə yenidən eyni kadrda yer alıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2026

22 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR