Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrana qarşı yeni sanksiya paketinin təsiri regionda hava nəqliyyatında hiss olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, Azərbaycan Hava Yollarının (AZAL) məlumatına əsasən, İran aviaşirkətlərinin Azərbaycana uçuşları sentyabrın 22-dən dayandırılıb.
Buna səbəb ABŞ-nin İranın aviasiya sektoruna qarşı tətbiq etdiyi yeni sanksiyalar göstərilir.
ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektorunu hədəfə alan geniş sanksiya paketi açıqlayıb. Paket çərçivəsində 27 İran aviaşirkəti sanksiya siyahısına daxil edilib.
ABŞ-nin maliyyə naziri Skott Bessent daha əvvəl bildirmişdi ki, İran aviaşirkətlərinin xaricdə fəaliyyət göstərməsi ciddi şəkildə çətinləşəcək. Xarici şirkətlərə İran aviaşirkətlərinə yanacaq, yerüstü xidmət və digər xidmətlərin göstərilməsinin sanksiya riski yarada biləcəyi barədə xəbərdarlıq edilib.
Yeni sanksiyaların İranın digər beynəlxalq hava əlaqələrinə də təsiri müşahidə olunur. İran aviaşirkətlərinin Gürcüstana uçuşlarının da dayandırıldığı, bəzi digər xarici istiqamətlər üzrə reyslərin ləğv edildiyi bildirilir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ