Onlayn ictimai-siyasi qəzet
"Usmanov və Fridmanın sanksiya siyahısından çıxarılması biabırçılıqdır" — Andrey Sbiqa Aİ-nin qərarına sərt reaksiya verdi
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sbiqa Avropa İttifaqının (Aİ) rusiyalı oliqarxlar Əlişer Usmanov və Mixail Fridmanı sanksiya siyahısından çıxarmaq qərarına sərt reaksiya verib.
Aİ-nin bu addımını "biabırçı və əsassız" adlandıran nazir bildirib ki, verilən qərar Moskva tərəfindən sevinclə qarşılanıb:
"Moskva bayram edir, çünki istədiyini aldı: cəzasızlıq hissi, Avropa İttifaqının təhqir olunması və avropalılar arasında parçalanma".
Ukraynalı diplomat yaradılmış vəziyyəti dəyişməyin hələ də mümkün olduğunu vurğulayaraq Aİ-yə üzv olan ölkələri fərdi addımlar atmağa çağırıb:
"Moskvadakı bayramı korlamağın hələ də bir yolu var. Mən Aİ-yə üzv olan bütün dövlətləri artıq indidən bu iki şəxsə qarşı öz milli sanksiyalarını tətbiq etməyə çağırıram", — deyə nazir bildirib.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ