İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan BMT-də Bakı-İrəvan mesajı – İsrail nümayəndələri zalı tərk etdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Cənubi Qafqazdakı proseslərə toxunaraq Azərbaycan-Ermənistan sülhü və Türkiyə-Ermənistan münasibətlərindən danışıb.

Musavat.com xəbər verir ki, Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında uzunmüddətli və davamlı sülhün əldə olunacağına ümid etdiyini vurğulayıb. O, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində də irəliyə doğru addımlar atıldığını qeyd edib.

Ərdoğanın BMT tribunasındakı çıxışı zamanı diqqətçəkən hadisə də yaşanıb. İsrail nümayəndə heyəti Türkiyə Prezidentinin çıxışı zamanı zalı tərk edib.

Ərdoğan çıxışında İsrailin siyasətini də sərt tənqid edib və Fələstin məsələsinə geniş yer ayırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR