İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər görüş olmasa, heç nə baş verməyəcək” –Tramp Əbu-Dabi danışıqları barədə sensasion açıqlama verdi


ABŞ prezidenti Donald Tramp ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə planlaşdırılan üçtərəfli danışıqları şərh edərək, görüşlərin əsas həlledici faktor olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp liderlər səviyyəsində mümkün görüşlərə toxunaraq, diplomatik təmasların əhəmiyyətini xüsusi vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, danışıqların özü müsbət nəticələrə yol açır:

“Hər dəfə görüşəndə hər şey yaxşı olur. Əgər görüş olmasa, heç nə baş verməyəcək. İlk üç il ərzində onlar ümumiyyətlə, görüşmədilər. Baydenin dövründə isə heç kim heç kimlə görüşmədi”, – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, birbaşa dialoq və liderlər səviyyəsində təmaslar olmadan münaqişənin həlli mümkün deyil. O, hazırkı administrasiyanın əsas məqsədinin tərəfləri masa arxasına toplamaq və real nəticələr əldə etmək olduğunu vurğulayıb.

Qeyd edək ki, 23 yanvar tarixində Əbu-Dabidə ABŞ–Rusiya–Ukrayna arasında təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasının keçirilməsi planlaşdırılır. Bu görüş münaqişənin nizamlanması istiqamətində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR