Onlayn ictimai-siyasi qəzet
100-dən çox Amerika kəşfiyyat əməliyyatını gizlədən və ən azı 10 MKİ informatorunun ölümünə səbəb olan DTK agenti Oldriç Eyms ABŞ-da vəfat edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, O.Eyms yanvarın 5-də 84 yaşında həbsxanada vəfat edib. O, ömürlük həbs cəzası çəkirdi. Eyms 1994-cü ildə saxlanılıb və həbsindən qısa müddət sonra SSRİ üçün casusluqda günahını etiraf edib.
Müstəntiqlərin sözlərinə görə, Eyms 1985-ci ildə sovet kəşfiyyatı ilə əməkdaşlığa başlayıb. Daha sonra o, 50.000 dollar müqabilində SSRİ DTK-sına ABŞ agentlərinin siyahısını verib. Doqquz il ərzində o, sovet dövlətindən təxminən 2,5 milyon dollar alıb. DTK onu "Kolokol" kod adı ilə işlədirmiş.
Eyms SSRİ-dən aldığı pulları dəbdəbəli həyat tərzinə xərcləyib: yarım milyon dollardan çox dəyəri olan ev alıb, “Jaguar” markalı avtomobil sürüb, tez-tez səyahətə çıxıb və bahalı alış-verişlər edib. Bütün bunlar onun ildə heç vaxt 70.000 dolları keçməyən rəsmi MKİ maaşı ilə kəskin şəkildə ziddiyyət təşkil etdiyindən şübhə altına düşüb. Müstəntiqlər borc öhdəliklərinin və vəsait çatışmazlığının onu casusluğa sövq etdiyini qeyd ediblər.
Eyms MKİ-yə 1962-ci ildə işə girib. Otuz illik xidməti ərzində o, SSRİ-yə qarşı əks-kəşfiyyatdan məsul olan şöbə müdiri vəzifəsinə yüksəlib. Məhz onun məxfi məlumatlara çıxışı ona 30-dan çox ABŞ agenti haqqında məlumatı DTK-ya ötürməsinə imkan verib. Moskva bu siyahını əldə etdikdən sonra daxildəki “köstəbək”ləri ifşa edib və onları ağır şəkildə cəzalandırıb. Eymsin satqınlığı onlarla əməliyyatın uğursuzluğa düçar olmasına səbəb olub.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ