Onlayn ictimai-siyasi qəzet
İspaniyanın Seuta muxtar şəhərinə daxil olmağa çalışan miqrantlarla bağlı sosial şəbəkələrdə diqqətçəkən görüntü yayılıb.
Musavat.com-un xəbərinə əsasən, Mərakeş sahillərindən üzərək sərhədi keçməyə çalışan bir şəxsin həmin anları lentə aldığı görüntülər yayılıb.
Miqrant telefonunu selfi çubuğunun köməyi ilə suyun üzərində saxlayaraq sərhədi keçmək cəhdini qeydə alıb.
Seutada yaşanan miqrasiya böhranı fonunda İspaniya təhlükəsizlik qüvvələrinin bölgədə apardığı əməliyyatlar davam edir.
İspaniya rəsmilərinin açıqlamasına görə, son sutka ərzində sərhədi keçməyə çalışan 50–60 min nəfərdən 48 min 300-ü geri qaytarılıb. Hadisə zamanı 57 nəfərin həyatını itirdiyi bildirilir. Məlumata əsasən, ölənlərin bir qismi dənizdə boğulub, digərləri isə sərhəddəki dalğaqıranlar və hasarlar yaxınlığında yaranan izdiham nəticəsində həyatını itirib.
Musavat.com
01 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ