Onlayn ictimai-siyasi qəzet
Dubayda pilotsuz uçuş aparatı göydələnə çırpılıb və nəticədə yanğın baş verib.
Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, dron Dubay Krik Limanı ərazisində yaşayış binasına çırpılıb.
"Hazırda binada olan bütün şəxslərin təhlükəsizliyini təmin etmək üçün təxliyə əməliyyatları aparılır", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Dubay Krik Limanı (Dubai Creek Harbour) Ras-Əl-Xor Təbiət Qoruğuna bitişik böyük bir rayonudur. Buraya yaşayış sahələri, hotellər, biznes və pərakəndə satış məkanları, gəzinti yerləri, marina, ictimai çimərlik, müşahidə göyərtələri və gəzinti yeri daxildir.
@@TVmusavat/142113@@
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ