Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda əsas və həlledici mövzu Donbas məsələsi olacaq.
Onun sözlərinə görə, bu məsələ tərəflər arasında bu gün və sabah keçiriləcək görüşlərin mərkəzində dayanacaq.
Musavat.com xəbər verir ki, Zelenski Donbasın müzakirəsinin hər üç tərəfin baxış bucağından aparılacağını və kompromis yollarının axtarılacağını qeyd edib.
“Donbas məsələsi açar mövzudur. Bu, mütləq müzakirə olunacaq və üç tərəfin bu məsələyə yanaşması əsasında dəyərləndiriləcək. Əbu-Dabidə bu gün və sabah əsas diqqət bu mövzuya yönələcək”, – deyə Ukrayna lideri vurğulayıb.
Məlumata görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar yanvarın 23-ü axşam saatlarında başlayacaq. Yanvarın 24-də isə danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır. Bu barədə “Novini.LIVE” və “TSN.ua” Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ