İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarədən emosional klip - VİDEO

 
Məşhur müğənni Dilarə Kazımova yeni layihəsini təqdim edib.
 
Musavat.com xəbər verir ki, sənətçi sözləri özünə və Nigar Məmmədovaya, musiqisi isə Fərid Mayılov, Camal Qurbanov və D.Kazımovaya məxsus "Gecə" trekini ekranlaşdırıb.
 
Klipin rejissorluğunu estrada ulduzu özü edib. 
 
Dilarə Kazımova mahnını duyğusal və qəlbin ən gizli etiraflarını pıçıldayan bir əsər kimi təqdim etdiyini açıqlayıb:
 
""Gecə" - susqunluğun danışdığı, duyğusal, qəlbin ən gizli etiraflarını pıçıldadığı bir mahnıdır; o səsləndikcə insan həm özünü tapır, həm də itirdiklərini xatırlayır".
 
Qeyd edək ki, aranjemanı Dilarə Kazımova və Camal Qurbanova aid olan "Gecə" artıq müğənninin rəsmi "YouTube” kanalında və bütün musiqi platformalarında yayımlanıb.
 
 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR