İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə əşya həyatını dəyişdirdi - İndi PULA PUL DEMİR

Karantin dövründə uşaqlarının köhnə Lego oyuncaqlarını internetdə satmağa başlayan keçmiş sığorta əməkdaşı gözlənilməz tələblə qarşılaşıb. Satışların sürətlə artmasından sonra işindən ayrılan Lee Evans elektron ticarətlə başladığı biznesi böyüdərək Birmingemdə iki mağaza açıb.

Musavat.com xəbər verir ki, pandemiya məhdudiyyətləri zamanı evində artıq əşyaları yığışdıran Evans uşaqlarının Lego parçalarını və geyimlərini eBay üzərindən satışa çıxarıb.

Əvvəlcə bunun sadəcə evdəki artıq əşyalardan qurtulmaq üçün bir yol olduğunu düşünən Evans qısa müddətdə alıcıların marağının gözlədiyindən daha yüksək olduğunu görüb.

Onlayn satışların sürətlə artması Evansın həyatında böyük dəyişiklik yaradıb. O, cəmi iki ay ərzində sığorta sahəsindəki işindən istefa verərək biznesini genişləndirmək qərarına gəlib.

Elektron ticarətlə başlayan fəaliyyətini daha sonra Birmingemdəki bazar piştaxtasına daşıyan Evans burada satışlarını artırmağa başlayıb.

Biznesini böyüdən Evans Birmingem şəhərinin Digbeth bölgəsində “Nan Summers Vintage” adı altında iki ayrı mağaza açıb.

Mağazalarda əsasən ikinci əl geyimlər və vinil musiqi lövhələri satılır. Müştərilərin vaxt keçirə bilməsi üçün mağazalardan birində qəhvə bölməsi də fəaliyyət göstərir.

Evans istifadə olunmuş məhsulların yenidən istehlak dövriyyəsinə qaytarılmasının tullantıların azalmasına kömək etdiyini bildirir.

Onun sözlərinə görə, ailəsi də bu prosesdən sonra yeni məhsullar almağı demək olar ki, tamamilə dayandırıb və gündəlik ehtiyacların bir hissəsini ikinci əl məhsullardan qarşılayır.

Evans satış zamanı geyimlərin ciblərindən köhnə əskinaslar və müxtəlif kartlar kimi maraqlı əşyalar da tapdığını və bunun müştərilərlə ünsiyyəti daha maraqlı etdiyini deyib.

Keçmiş sığorta əməkdaşı biznes qurmaq istəyənlərə isə ilk addım kimi evlərində istifadə etmədikləri əşyaları satmağı tövsiyə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR