İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Ceyhun Məmmədov və REAL rəhbəri Natiq Cəfərlinin DEBATI - CANLI YAYIN

Speys TV-də bu həftənin cümə günündən verilişi bağlanacaq Tarix Əliyevin harada çalışacağı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.

O bildirib ki, Tarix Əliyev Speys TV-dən ayrılmır, əksinə, ona bu kanalda yüksək vəzifə verilir. Kanalın rəhbəri Vado Karovinin təşəbbüsü ilə o, Speys TV-nin Musiqi Departamentinin rəhbəri təyin olunacaq. Karovinin bu addımına səbəb Tolikin sponsorlarını saxlamaqdır. Məlumata görə, Tolikin verilişinin 11 sponsoru var.
Tarix Əliyev əvvəlki verilişinin, başqa ad və başqa aparıcı ilə efirə qayıdacaq proqramın layihə rəhbəri olaraq qalacaq.

Başqa sözlə, mahiyyət dəyişmir, Tarix Əliyev isə əvvəl bir verilişə sahiblik edirdisə, indi bütövlükdə Musiqi Departamentinə və bu tip verilişlərə cavabdeh olacaq.
Qeyd edək ki, Tarix Əliyevin (Tolik) “Tarixin bu günü” və Elgiz Əkbərin “Elgizlə izlə” verilişləri bağlanıb. ARB kanalında “Elgizlə izlə”nin yayımı bugündən dayansa da, Tolikin verilişi hazırda Speys TV-də yayımlanır. Tolikə canlı yayım qadağan edildiyi üçün o, verilişlərini lentə alıb. Hazırda efirə gedənlər lentə alınanlardır və cümə günü Tarix Əliyev tamaşaçıları ilə vidalaşacaq. Onun yerinə Könül Muxtarova efirə çıxacaq və verilişin adı da dəyişdiriləcək.

Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı stuktur islahatları hökumətdə bəzi qurumların – nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsi və ya ləğvi ilə davam etdirləcək.

BakuPost xəbər verir ki, bu barədə “AzPolitika”ya hökumətə yaxın mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bir-birinin fəaliyyətini təkrar edən, yaxud oxşar olan qurumların, habelə idarəetmədə praktik fəaliyyəti zəif olan dövlət qurumlarının dairəsi müəyyənləşdirilib. Mənbə bildirib ki, onların saxlanılması dövlət büdcəsi üçün kifayət qədər ağır maliyyə yükü yaradır. Heç bir dəyər formalaşdıra bilməyən təsisatların yerləşdiyi binaların saxlanılması, cari fəaliyyətinin təmin edilməsi, çox sayda ştatların mövcudluğu məqsədəuyğun sayılmır. Hökumət bundan sonra dövlət təşkilatlarının və publik hüquqi şəxslərin (PHŞ) keyfiyyət əmsalına üstünlük verəcək.

Məlumatda o da bildirilir ki, bu sırada ötən 7-8 ildə yaradılan PHŞ-lərin sayının azı 2 dəfə azaldılması nəzərdə tutulur. Özünü maliyyələşdirmə imkanları olan, habelə fəaliyyət dairəsi zəruri olan təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər PHŞ isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək.

Bundan başqa yerli icra hakimiyyətlərində ixtisarların daha geniş miqyasda davam etdirlməsi qərarlaşdırılıb. Bu barədə artıq yerli icra qurumlarına müvafiq təlimatlar göndərilib.

Xatırladaq ki, son günlərdə Ağdaş Rayon İcra Hakimiyyətində 14, Tovuzda isə 43 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib.

Mənbə narahatedici fakta da diqqət çəkir. Bu da dövlət qurumları ilə yanaşı özəl sektorda, böyük holdinq və şirkətlərdə də ixtisarların aparılması ilə bağlıdır. Qeyd olunur ki, ilin əvvəlindən işçilərin gəlir vergisinə cəlb olunması biznes və xidmət sektorunda xərcləri artırıb. Şirkət rəhbərləri artan xərclərini azaltmaq üçün ixtisara getməyi üstün tuturlar.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də TV Müsavatda “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonaqlarımız deputat Ceyhun Məmmədov və Real sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR