İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026-nın ilk qolu vuruldu - Kinyones tarixə düşdü

2026-cı il Dünya Çempionatında ilk qolun müəllifi məlum olub.

Musavat.com xəbər verir ki, mundialın açılış oyununda Meksika millisinin futbolçusu Xulian Kinyones turnirin ilk qoluna imza atıb. O, 9-cu dəqiqədə fərqlənib.

Mexiko şəhərində yerləşən əfsanəvi "Azteka" stadionunda keçirilən Meksika - Cənubi Afrika Respublikası qarşılaşmasında fərqlənən hücumçu adını DÇ-2026 tarixinin ilk qol müəllifi kimi futbol salnaməsinə yazdırıb. 

Ev sahibi komandanın azarkeşləri tribunaları doldurduğu bir vaxtda vurulan qol stadionda böyük coşqu yaradıb. Kinyonesin dəqiq zərbəsi Meksika yığmasını hesabda önə çıxarıb və mundialın ilk sevincini yaşadıb. 

5e60b1d8-1ebe-422f-b1ae-4d0cad9184ee.jpg (446 KB)

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi 2026 Dünya Çempionatı futbol tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnirin açılış matçı isə Meksika ilə Cənubi Afrika Respublikası arasında baş tutur.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR