İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026-nın ən gözəl qolu seçildi: Özbəkistan millisi isə... — VİDEO

2026-cı il futbol üzrə dünya çempionatının ən gözəl qolu müəyyənləşib.

Musavat.com xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəsmi saytında yayımlanan məlumata görə, turnirin ən gözəl qolu Kabo-Verde millisinin müdafiəçisi Sidney Kabralın Argentina yığmasının qapısına vurduğu qol seçilib.

1/16 final mərhələsində keçirilən görüşdə Kabo-Verde millisi əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın 103-cü dəqiqəsində Sidney Kabral komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib.

FİFA-nın keçirdiyi səsvermənin nəticələrinə əsasən, məhz bu qol dünya çempionatının ən gözəl qolu adına layiq görülüb.

Siyahıda ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovun qolu, üçüncü yeri isə Haiti millisinin futbolçusu Vilson İzidorun qolu tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR