İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin XİN-dən TƏCİLİ BƏYANAT: İsrailin tətbiq etdiyi güc metodları qəbuledilməzdir

Çin beynəlxalq münasibətlərdə güc tətbiqini kəskin şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan İsrailin yüksək rütbəli İran rəsmilərinin öldürülməsi ilə bağlı verdiyi əmrlərdən şoka düşdüklərini bəyan edib.

Diplomat vurğulayıb ki, Çin tərəfi bu bəyanatları qətiyyətlə rədd edir və beynəlxalq hüquq normaları çərçivəsində iranlı rəsmilərə qarşı sui-qəsdlərin, habelə mülki obyektlərə endirilən zərbələrin heç bir halda qəbul edilə bilməyəcəyini diqqətə çatdırıb.

Pekin rəsmisi həmçinin regionda vəziyyətin nəzarətdən çıxmaması üçün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR