İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin robot bazarını ələ keçirdi: Qlobal tədarükün 97%-i Pekinin payına düşür

Çin dünyada humanoid robot tədarükünün 97%-dən çoxunu təmin edib

Musavat.com xəbər verir ki, Çinin humanoid (insanabənzər) robot istehsalçıları 2026-cı ilin birinci yarısında qlobal tədarükün 97%-dən çoxunu təmin ediblər. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, həmin dövrdə dünya üzrə təxminən 19 100 humanoid robot tədarük edilib. Bu göstərici 2025-ci ilin birinci yarısındakı göstəricini (5 100 ədəd) 3 dəfədən çox üstələyir.

Gözlənilir ki, bu ilin sonunadək qlobal tədarük həcmi təxminən 60 000 robota, 2030-cu ilə qədər isə 500 000 ədədə çatacaq.

Humanoid robotların tədarükünün 70%-dən çoxu sənaye və kommersiya sahələrinin payına düşüb. Ötən il bu göstərici təxminən 50% təşkil edirdi.

Rəsmi Pekin dövlət maliyyələşməsi və müxtəlif siyasi təşəbbüslər vasitəsilə bu sektorun inkişafını fəal şəkildə dəstəkləməyə davam edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR