İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Maduro və həyat yoldaşının dərhal azad olunmasını tələb edir

Çin Nikolas Maduro və həyat yoldaşının ABŞ-dan dərhal azad edilməsini tələb edərək, onların tutulması ilə bağlı ciddi narahatlığını ifadə etdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekinin hadisələri yaxından izlədiyini və Latın Amerikası dövlətlərinin daxili işlərinə hər hansı bir müdaxiləyə qarşı olduğunu vurğulayıb. O, ABŞ-ın hərəkətlərinin həyəcan verici olduğunu və dərhal beynəlxalq müzakirə tələb etdiyini qeyd edib.

Çin Venesuela ərazisinə edilən hücumlarla bağlı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını dəstəkləyir. Linin sözlərinə görə, Pekin Karakasla sabit münasibətlər saxlayır və istənilən münaqişənin beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə həllinin tərəfdarıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR